<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>485</hymn_number>
<title>Mən istəyirəm, Rəbbim, azadlıq tapsın qəlbim İL485</title>
<lyrics>[V1]
 Mən istəyirəm, Rəbbim, azadlıq tapsın qəlbim,
 O ağrılı günlərim bir də geri dönməsin.
 Solmuş, qəmli üzümdən bezmişəm artıq mən də,
 Sevinmək və şadlanmaq keçir körpə qəlbimdən.

[C1]
   Mən gəlirəm köməyinə, edəcəyəm kömək sənə,
   Çəkdiyin ağrıları yox edəcəyəm, körpəm.
   Mən sənin gözlərindən yaşları siləcəyəm,
   Səni müqəddəs edib Göylərə götürəcəm.

[V2]
 Gəl köməyimə, Rəbbim, Sən ol arzum, diləyim,
 Bu dünyada istəyim Sənlə olmaqdır, Rəbbim.
 Həyatım Sənin olsun, Sən qal mənim qayğıma,
 Çarmıxdakı əzabın həkk olsun həyatıma.

[V3]
 Sevinir bu ürəyim, çünki azadlıq tapdım,
 Rəbb İsanın əliylə günah yükünü atdım.
 Oxu, Müqəddəs Ruhum, oxu həmişə, Rəbbə,
 Azad bir quş tək uçum Rəbb gələndə Göylərə.</lyrics>
</song>